TQDK Azərbaycan dili fənni üzrə test toplusu nəşr edib

30 Oktyabr 2014 14:38 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) "Abituriyent" jurnalının xüsusi buraxılışında fənlər üzrə test bankı toplularının nəşrini davam etdirir. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu silsilədən növbəti nəşr Azərbaycan dili fənni üzrə test bankı toplusudur. Bu topluya komissiya tərəfindən 1994-2014-cü illərdə keçirilən müxtəlif təyinatlı imtahanlarda – ali təhsil müəssisələrinə, tam və ümumi orta təhsil bazalarında orta ixtisas məktəblərinə, hərbi məktəblərə və hərbi liseylərə qəbul imtahanlarında, sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqları, habelə "Abituriyent" jurnalının ayrı-ayrı saylarında dərc edilmiş model testlər daxildir. Topludakı test tapşırıqlarının 25 faizi heç bir imtahanda istifadə olunmamış yeni növ test tapşırıqlarıdır. Toplu test bankında olan test tapşırıqlarının bütün modellərini əhatə edir, bu tapşırıqlar aktiv bankın bir hissəsidir və onların gələcəkdə imtahanlara düşməsi istisna olunmur.

Vəsaiti TQDK-nın binası qarşısındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.