ABŞ portalında “AzərTAc”ın baş direktorunun məqaləsi dərc edilib

29 Oktyabr 2014 13:21 (UTC+04:00)

Amerikanın ispandilli "Eurasia Hoy" portalında "AzərTAc"ın baş direktoru Aslan Aslanovun "Ənənəvi mediadan dünya informasiya şəbəkəsinə transformasiya labüddür" sərlövhəli məqaləsi dərc edilib. SİA-nın xəbərinə görə, məqalədə yeni informasiya texnologiyalarının inkişaf meyllərindən və sosial şəbəkələrlə ənənəvi informasiya vasitələri arasında qarşılıqlı təsirdən bəhs edilib, bu il oktyabrın 2-3-də keçirilmiş IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində bu mövzuya həsr olunmuş dəyirmi masada müzakirələrin icmalı verilib.