Bakıda Çexiya Film Günü keçiriləcək

29 Oktyabr 2014 10:56 (UTC+04:00)

Bakıda Çexiya Film Günü keçiriləcək. SİA-nın verdiyi məlumata görə, tədbirdə "Revival" (Dirçəliş) filmi nümayiş olunacaq.

Nəzərinizə çatdıraq ki, film komediya janrında lentə alınıb və Çexiyanın ingilisdilli rok qrupundan bəhs edir. Filmin rejissoru Alis Nelisdir. Əsas rollarda Karl Hermanek, Bolestav Polivka, Miroslav Krobot və başları çəkilib.

Qeyd edək ki, film oktyabrın 30-dan noyabrın 9-dək, Avropa Film Festivalı çərçivəsində reallaşacaq.