Daha bir radionun lisenziyası uzadılıb

27 Oktyabr 2014 17:05 (UTC+04:00)

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Şuradan SİA-ya verilən xəbərə görə, iclasda "Digital Media" MMC-nin radio yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılmasına dair müraciətinə baxılıb.

Milli Televiziya və Radio Şurasının qərarına əsasən "Digital Media" MMC-nin (Media FM) radio yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılıb.