Tanınmışlar şiddətə “yox” dedilər FOTOLAR

27 Oktyabr 2014 16:30 (UTC+04:00)

Bakıda növbəti dəfə şiddətə qarşı sosial aksiya keçirilib. SİA-nın verdiyi xəbərə görə, aksiyanın məqsədi qadınlara, uşaqlara, yaşlılara qarşı şiddətə "yox!" deməkdir. Layihədə bir çox tanınmış simalar iştirak edib. Dilarə Kazımova, Sevil və Sevinc, Minarə və Nərgiz Allahverdiyeva, Leyla İbrahimova, Şölə Səfərəliyeva, Aytən İmanova, Aynur Əliyeva qrim olunaraq kamera önünə keçiblər.

Qeyd edək ki, şəkilləri Məhəmməd Ağa lentə alıb. Layihənin Rəhbəri isə blogger Şəfiqə Fərzəliyevadır.