Asim Mollazadə: “Bunların hər biri ciddi təhlil olunmalıdır” AÇIQLAMA

25 Oktyabr 2014 11:10 (UTC+04:00)

"Oktyabrın 27-də Ermənistan və Azərbaycan prezidentlərinin Paris görüşündə "Human Rights Watch" və "Freedom House" təşkilatının keçirməyi planlaşdırdığı dinləmələr istisna deyil". Bunu SİA-ya millət vəkili Asim Mollazadə deyib.

"Sadəcə olaraq bütün bunların hər biri təhlil olunmalı və məqsədlərə ciddi önəm verilməlidir. Bu addımın nəyə görə atıldığı araşdırılmalıdır. Bu təşkilatların arxasında Avropada, Fransada fəaliyyət göstərən erməni təşkilatlarının dayandığı istisna deyil. Təbii ki, sözügedən təşkilatlar Ermənistanın sülh istiqamətində addım atmamasını pərdələmək üçün dinləmələr keçirə bilərlər. Çox güman ki, onların bu dinləmələri keçirməkdə israrlı olmasının arxasında "Amnesty İnternational" təşkilatının Ukraynadakı hadisələrlə bağlı verdiyi bəyanatlar da dayanır" - deyə, millət vəkili qeyd edib.