Azərbaycanda zəlzələ olub

23 Oktyabr 2014 09:55 (UTC+04:00)

Azərbaycanın şimalında zəlzələ olub. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən məlumata görə, zəlzələ oktyabrın 23-də saat 03.23-də Pirquludan 27 km şimalda - Quba rayonu ərazisində qeydə alınıb.

4 km dərinlikdə, 3.0 maqnitudada baş verən zəlzələ hiss olunmayıb.