"Bu təklif olduqca təqdirəlayiq bir təklifdir. İslam ölkələrinin mətbuat sahəsində belə bir qurumunun yaraması ilk növbədə islam ölkələrinin hər birində informasiyanın həm ideoloji, həm siyasi fəaliyyətinin geniş şəkildə işiqlandırmasına dəstək vermiş olacaq". Bu fikirləri SİA-ya "Paralel" qəzetinin baş redkatoru Tapdıq Abbas Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdri Əli Həsənovun İslam ölkələri mediasını əlaqələndirəcək əməkdaşlıq platformasının yaradılması ilə bağlı fikrinə münasibətini bildirərkən deyib.
Baş redkator bildirib ki, burada informasiya mübadilələri, mətbuat işçilərinin tez-tez görüşləri o cümlədən qarşılıqlı səfərlər və bu səfərlər nəticəsində yaranan təəssuratlar mətbuatda ardıcıl olaraq işıqlandırılacaq: "Bu da hər bir ölkə üçün böyük imkanlar yaradacaq. Beləliklə, əməkdaşlıq platformasının yaradılması ilə informasiya sahəsində İslam ölkələri böyük uğurlar əldə edəcəklər".
Gülyanə Ağakərimova