“Qorxuram sənə alışam” ŞEİR

22 Oktyabr 2014 13:59 (UTC+04:00)

Bu sevgi qorxudur məni.

Eh, bu qədər aldanmışam.

Silə-silə gözlərimi,

Qorxuram sənə alışam.

Qorxuram düşəm sehrinə,

Əlim elinə öyrənə.

Dilim dilinə öyrənə,

Hər yerdə səndən danışam.

Get, yarı yolda at məni,

Xəbər göndər, aldat məni,

Bulud kimi unut məni,

Elə bil narın yağışam.

Ayır məni bu şəhərdən,

Ayır qüssədən, qəhərdən.

Sənsiz qalsam küçələrdən

Çətin ki, evə yığışam.

Bu sevgi qorxudur məni,

Elə bilmə qəlbidaşam

Öpə-öpə əllərini,

Qorxuram sənə alışam.

Vahid Əziz