Müğənni: “Kişinin arvadı və uşaqları olmalıdır”

22 Oktyabr 2014 13:29 (UTC+04:00)

Müğənni Vüqar Muradov şəxsi həyatı barədə maraqlı məqamlardan söz açıb. SİA-ya açıqlama verən ifaçı subay olanları da axmaq adlandırıb: "Subaylıq sultanlıq deyil. Subay qalmaq axmaqlıqdır. Düşünürəm ki, evlənməliyəm. Hər dəfə Allaha dua edirəm ki, gözəl ailəm olsun. Onu da deyim ki, şou-biznesdə qalmaq üçün ailəmi dağıtmaram. Çünki sənət mənim üçün önəmli deyil. Müğənnilik etməsəm də, hər hansı yolla pul qazana bilərəm. Kişinin arvadı və uşaqları olmalıdır. Hər şey ailəyə qurban olsun".