"AXCP və bu kimi digər müxalif partiyalarda heç bir zaman birlik olmayıb". Bunu SİA-ya millət vəkili Rauf Əliyev AXCP-nin sədr müşaviri Şakir Abbasov başda olmaqla 8 cəbhəçinin partiyadan istefa verməsinə münasibət bildirərkən deyib.
Parlament üzvünün sözlərinə görə, müxalifət bu günə kimi hələ də dedi-qodu, yer üstündə dava ilə məşğuldur və beləcə ən vacib məsələlərdə bir araya gələ bilmir: "Onlar hər zaman seçkidən-seçkiyə birləşəcəklərini söyləsələr də, bu mümkün olmur. Bəs bu niyə baş vermir? Çünki onların arasında fikir ayrılıqları mövcuddur. Həmin fikir ayrılığı isə müxalifətin düzgün yolda olmadığını göstərir. Bu mənada hesab edirəm ki, AXCP-yə üzv olan insanlar da artıq görürlər ki, partiya uçuruma doğru gedir. Bu gün insanlar tərəqqi yolunu seçməyə üstünlük verir. Çünki indi 21-ci əsrdir, hamı yaxşı yaşamaq, gəncləri tərbiyə etmək və onlara təhsil vermək istəyir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ölkə vətəndaşları üçün də hər bir şərait yaradıb. Təbii ki, insanlar da bunu görür və müxalif partiyalarından istefa verirlər. Hesab edirəm ki, gələcəkdə orada heç kim qalmayacaq".