“ZİL”-dən meyit tapıldı

21 Oktyabr 2014 14:27 (UTC+04:00)

Bakı şəhər sakininin meyiti avtomobilində tapılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, oktyabrın 20-də saat 03 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Bakı şəhər sakini Vüqar Balayevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti idarə etdiyi "ZİL" markalı avtomobildə tapılıb.

Faktla bağlı araşdırma aparılır.