“Gəncliyimiz mənəviyyatımızın, gələcəyimizin dayağıdır”

21 Oktyabr 2014 11:29 (UTC+04:00)

Ağcabədi rayonunun 3 saylı orta məktəbində "Gəncliyimiz mənəviyyatımızın, gələcəyimizin dayağıdır" layihəsi çərçivəsində tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tofiq Zeynalov bildirib ki, Vətən, torpaq adət-ənənələrimiz, tarixi mədəni abidələrimiz xalqımızın milli dəyərləridir. Qeyd olunub ki, mənəvi-əxlaqi dəyərlərimizi təbliğ etməklə gənclərimizdə humanizm, vətənpərvərlik, xeyriyyəçilik, mərdlik, halallıq hislərini aşılayırıq. Torpaqlarımızı işğaldan azad etmək üçün gənclərimizlə əl-ələ verməliyik. Qarabağ müharibəsində gənclərimiz qəhrəmanlıq nümunəsi göstərdilər.

Tofiq Zeynalov onu da diqqətə çatdırıb ki, torpaqlarımızı işğaldan azad etmək təkcə gənclərin üzərinə düşməməlidir, bizdə onların yanında olmalı, onlara dəstək verməliyik.

Tədbirdə məktəbin şagirdləri vətənə həsir olunan şeirlər söyləyiblər.

Layihənin rəhbəri Səriyyə Müslüm qızı tədbirin təşkilində köməkli göstərdiklərinə görə, məktəb və rayon rəhbərliyinə təşəkkürünü bildirib.

Daha sonra şagirdlərə hədiyyələr verilib, layihə çərçivəsində hazırlanan bukletlər paylanılıb.