Nəqliyyat Nazirliyinin səlahiyyəti artırıldı

20 Oktyabr 2014 21:57 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Fərman imzalayıb. SİA-nın məlumatına görə, Fərmanda Prezident qərara alıb ki, "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"yə aşağıdakı məzmunda 8.8-2-ci bənd əlavə edilsin:

"8.8-2. Avtomobil yollarının vahid dövlət reyestrini aparmaq".

Bununla da Nəqliyyat Nazirliyinə avtomobil yollarının vahid dövlət reyestrini aparmaq səlahiyyəti verilib.