Hakimlərimiz “Qalatasaray” - "Borussiya" oyununda

20 Oktyabr 2014 17:29 (UTC+04:00)

FIFA referisi Əliyar Ağayev yeni təyinat alıb. SİA-nın məlumatına görə, UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış edən klubların gənclərdən ibarət komandaları arasında təşkil olunan UEFA Gənclər Liqası turnirinin D qrupunda oktyabrın 22-də, Türkiyənin İstanbul şəhərindəki "Esenyurt İncirtepe" stadionunda keçiriləcək "Qalatasaray" (Türkiyə) - "Borussiya" (Dortmund, Almaniya) oyununun baş hakimi Əliyar Ağayev olacaq. Ona Rza Məmmədov və Knyaz Əmiraslanov kömək edəcək.