“Səfərbərlik və müharibə dövründə KİV” mövzusunda treninq keçiriləcək

20 Oktyabr 2014 16:52 (UTC+04:00)

Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən jurnalistlər üçün "Səfərbərlik və müharibə dövründə KİV" mövzusunda treninq keçiriləcək. SHXÇDX-dən SİA-ya verilən məlumata görə, noyabr ayında təşkili planlaşdırılan treninqdə jurnalistlərə medianın səfərbərlik dövründə fəaliyyəti, davranış qaydaları barədə məlumat veriləcək, qanunvericilik izah olunacaq.

Treninqlərə bütün KİV-lərdən jurnalistlər cəlb olunacaqlar.