ADBTİA-da Beynəlxalq Elmi Konfrans keçirilib FOTOLAR

20 Oktyabr 2014 14:07 (UTC+04:00)

Oktyabrın 17-dən 19-dək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında "Olimpiya idmanının fizikası, kimyası və fəlsəfəsi" mövzusuna həsr olunmuş Beynəlxalq Elmi Konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda "Futbolda FAİR Play", "Müasir futbolda ədalətli oyun prinsipləri və rəqabətli idman mübarizəsinin tədqiqi", "Çimərlik futbolunun dünyadakı inkişafı, mahiyyəti və gənc nəslin tərbiyəsində rolu" və digər mövzularda məruzələr dinlənilib.