Günay Musayeva Ərdoğandan bəhs edən filmə çəkilir FOTOLAR

20 Oktyabr 2014 11:44 (UTC+04:00)

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu dövründən bəhs edəcək filmdə çəkiləcək. SİA-nın verdiyi xəbərə görə, G.Musayeva filmdə Məryəm obrazını canlandıracaq. Onunla birlikdə həyat yoldaşı, aktyor Tolqa Karel də rol alacaq. Ərdoğan obrazını Orhan Kılıç canlandıracaq. Noyabrda çəkilişlərinə başlanacaq "Kod adı K.O.Z" adlanan film 2015-ci ilin fevralında geniş auditoriyaya təqdim olunacaq. Ekran əsərində 17 dekabr əməliyyatından bəhs olunacaq.