Qubada atı elektrik cərəyanı vurub. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, hadisə oktyabrın 19-da axşam saatlarında Qubanın Gədikqışlağ kəndində baş verib. Evlərin birinin qarşısında qəzalı elektrik dirəyindən naqilin qırılması nəticəsində atı cərəyan vurub. Nəticədə heyvan yerindəcə ölüb.
Emin Kərimov