“Ər arvadını atıb getdi”

20 Oktyabr 2014 10:31 (UTC+04:00)

Rus Dram Teatrında "Ər arvadını atıb getdi" adlı tamaşanın premyerası olacaq. SİA-nın verdiyi məlumata görə, səhnə əsəri Semyon Zlotnikovun "Qoca qarısını atıb getdi" pyesi əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru xalq artisti Aleksandr Şarovskidir.

Tamaşa xalq artisti Yuriy Balıyevin və əməkdar artisti Nataliya Balıyevanın yubileyinə həsr edilib.

Səhnə əsərinin dekorasiya üzrə rəssamı Əməkdar Mədəniyyət İşçisi Aleksandr Fyodorov, geyim üzrə rəssam Olqa Abbasova, musiqi tərtibatçısı Əməkdar Mədəniyyət İşçisi Vladimir Neverovdur.

Qeyd edək ki, tamaşa noyabrın 1-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında baş tutacaq.