Mən Varlıqkən, bir Heçliyə çevrildim
Mən Eşq adlı tək hecəyə çevrildim
Mən i atıb Sənə doğru çevrildim
Qapını aç, bu quluna, ey Rəbbim!
"Nəfs" adında bir şeytanı tərk etdim
Həyat nədir? Gec də olsa fərq etdim
Ən böyük EŞQ... O Sənmişsən! dərk etdim
Qapını aç, bu quluna, ey Rəbbim!
Mən EŞQ adlı bir atəşdə qovruldum
Gözyaşında çox arındım, duruldum
EŞQin ilə mən yenidən doğuldum
Qapını aç, bu quluna, ey Rəbbim!
Mən Yunusu, Mövlanənı anladım
Mən Şəms adlı o günəşdən od aldım
Səni bulan Aşiqlərdən yol aldım
Qapını aç, bu quluna, ey Rəbbim!
Qənirə Paşayeva