“Mənim göz yaşımı görməyəcəksən”

17 Oktyabr 2014 15:36 (UTC+04:00)

Bu eşqin yasını saxlayacağam

Sən gedən yollara baxmayacağam,

Ağlasam gizlicə ağlayacağam,

Mənim göz yaşımı görməyəcəksən...

Tale oyunlara atacaq səni,

Fəryadın göylərə çatacaq sənin.

Günahın gözünü tutacaq sənin,

Mənim göz yaşımı görməyəcəksən..

O gülən şəklinə baxıb ağlasam,

Gözümə bir eynək taxıb ağlasam.

Üzümü ovcuma sıxıb ağlasam,

Mənim göz yaşımı görməyəcəksən..

Sən elə bilmə ki qəmdən uzaqsan,

Bir yağış altında sönən ocaqsan,

Üzümə baxmağa utanacaqsan,

Mənim göz yaşımı görməyəcəksən..

Nüsrət Kəsəmənli