Nizami Kino Mərkəzində yeni filmlərin premyeraları davam edir FOTOLAR

17 Oktyabr 2014 10:30 (UTC+04:00)

Nizami Kino Mərkəzində "Hakim", "Qəbirlərarası gəzinti", "Arvadımı oğurla" amerikan və "Çilek" və "Azazil düğüm" türk filmlərinin nümayişinə başlanılıb. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Skott Frenkin ekranlaşdırdığı "Məzarlararası gəzinti" filmi triller, kriminal, dram və detektiv janrındadır.

Baş rolların ifaçıları Liam Nison, Den Stivens, Boyd Holbruk, Sebastyan Roşe, Frenk De Xulio, Astro, Vitni Eybl, Devid Harbor və digər aktyorlardır.

Rejissor Daniel Şexterin kriminal komediya janrında çəkdiyi "Arvadımı oğurla" filmində aktyorlar Cennifer Eniston, Mos Def, Ayla Fişer, Vill Forte, Mark Bun, Tim Robbins, Con Houks, Klea Lyuis və başqaları çəkilib.

"Hakim" filmini dram janrını sevənlər maraqla izləyəcəklər. Aktyorlar Robert Dauni, Vera Farmiqa, Leyton Mister, Vinsent D`Onofrio, Billi Bob Tornton, Robert Dyuval, Sara Lankaster, Deks Şepardinin çəkildikləri filmin rejissoru Devid Dobkindir.

Kino mərkəzi bu həftə həm də iki yeni türk filmi ilə tamaşaçılarını sevindirəcək.

Dram, macəra janrında çəkilmiş "Çilek" filminin rejissoru Emrah Sönməz, ssenari müəllifi Çağlayan Neymandır.
Filmdə baş rollara İlker Aksum, Halil Sezai Paracıkoğlu, Azra Akın, Bülent Şakrak, Selen Öztürk və başqa aktyorlar çəkilib.

Rejissor Özgür Bakarın qorxu və şiddət janrında çəkdiyi "Azazil: Düyüm" filmində rolları istedadlı gənc aktyorlar Cansu Diktaş, Tolga Akman, Nurten İnan, Zafer Altun’a və başqaları canlandırıblar.