“Azəryol” klubu yeni mövsüm üçün təqdimat mərasimi keçirəcək

16 Oktyabr 2014 17:34 (UTC+04:00)

Oktyabrın 19-da, saat 17:00-da "Azəryol" voleybol klubunun yeni mövsüm üçün təqdimat mərasimi keçiriləcək. SİA-nın məlumatına görə, Çempionlar Liqasında, eləcə də Azərbaycan çempionatında iştirak edəcək komandanın təqdimat mərasimi Dərnəgüldə Voleybol Mərkəzində keçiriləcək.

Qeyd edək ki, təqdimat mərasimində klubun yeni himni, talesmanı, loqotipi və forması nümayiş olunacaq.

Nəzərinizə çatdıraq ki, mərasimdən sonra "Azəryol" ölkəmizdə qonaq olacaq "Dinamo Krasnadar" klubu ilə yoldaşlıq görüşü keçirəcək.