“Dünya” ŞEİR

16 Oktyabr 2014 14:10 (UTC+04:00)

Çoxunu gizli tutur,
Azını deyir dünya.
Gedəni saxlac edir,
Gələni yeyir dünya.

Sanırsan ki şirindi,
Elə sənin yerindi.
Çox acıdı, dərindi,
Hüzünlü şeir dünya.

Gecəsi zülmət, qara,
Gündüzü çəkir dara.
Bilmirəm gedim hara?!
Sabahın xeyir, dünya.

Qərib