“Onda Qafqaz bizimdi” ŞEİR

15 Oktyabr 2014 14:21 (UTC+04:00)

Bir vaxt Qafqaz bizimdi

Boyum bulud döyürdü...

Kürəklərim böyükdü,

Onda Qafqaz bizimdi...

Adımıza ad əkdik,

Nə səpmişdik – nə biçdik?

Söz bizdəydi, tək idik –

Onda Qafqaz bizimdi...

Ömürlər, anlar vardı,

Paşalar, xanlar vardı;

Can deyən canlar vardı,

Onda Qafqaz bizimdi...

Mən umutla doğuldum.

Heç umutsuz olmadım..!

Umut oldu-olmadı

...Qafqaz bizimdi...

Əkbər Qoşalı