Küçənin ortasında oynayan ifaçıdan yenilik

15 Oktyabr 2014 11:11 (UTC+04:00)

Müğənni Sevinc Ağaşirinova yaradıcılığında yenilik edib. Bu haqda SİA-ya sənətçinin özü məlumat verib: "Bildiyiniz kimi, bir neçə gün öncə yeni klipimi ixtiyarınıza verdim. Hazırda isə növbəti mahnı üzərində çalışıram. Mahnı "Sevəcəm" adlanır. Bəstənin sözləri və musiqisi "Dostlar" qrupunun solisti Əhmədə aiddir. Bu mahnıya ekran işi də çəkdirəcəm".