Kutsi yenidən ailəsinin yanına qayıtdı

14 Oktyabr 2014 17:25 (UTC+04:00)

Türkiyənin məşhur müğənnisi Kutsi yenidən peşman olub. SİA-nın verdiyi məlumata görə, sənətçi ayrıldığı həyat yoldaşına 3-cü dəfə geri dönüb. Qaynatasının ölüm xəbərini eşidən sənətçi ailəsini bu çətin günlərində tək buraxmayıb. Kutsi yas mərasimində həyat yoldaşının yanında olub. Hətta gecəni evində qalan müğənni 8 illik evliliyinə növbəti şans verib.

Qeyd edək ki, bir müddət öncə Kutsi, aktrisa Feyza Çıpaya görə ailəsini tərk etmişdi.