“Lənət olsun içimdəki sevdaya”

14 Oktyabr 2014 11:15 (UTC+04:00)

Küsmüşəm hamıdan, hərşeydən daha,

Əsla inanmaram kiməsə, əsla.

Dost dedim nə oldu, sevdim nə axı?!

Lənət olsun içimdəki sevdaya,

Yox olsun bu hicran, dözüm ver Allah.

Dostlarım dost kimi göründü hər an,

Canımdan keçmişəm olarçün yaman.

Dosta sevgi verdim, sevdim durmadan,

Lənət olsun içimdəki sevdaya,

Yox olsun bu hicran, dözüm ver Allah.

Bu sevda başıma dərd açdı mənim,

Kimə dəyər verdim, bilmədi qədrim.

Birini sevmişdim, getdi sevgilim,

Lənət olsun içimdəki sevdaya,

Yox olsun bu hicran, dözüm ver Allah.

Lənət olsun, lənət olsun, min lənət,

Kimsə etmədi heç mənə mərhəmət.

Bir azca sevgimə qoyun siz hörmət,

Lənət olsun içimdəki sevdaya,

Yox olsun bu hicran, dözüm ver Allah.

Sevmək istəmirəm daha heçnəyi,

Nə gülü, çiçəyi, nədə böcəyi.

Sevmək istəmirəm mən bir kimsəni,

Lənət olsun içimdəki sevdaya,

Yox olsun bu hicran, dözüm ver Allah.

Aysel Nəcəfli