Moskvada bazar yanır: xəsarət alanlar var

14 Oktyabr 2014 02:15 (UTC+04:00)

Moskva ətrafında avtobazarda güclü yanğın başlayıb. Yanğın Odinçov rayonunda Kunçev avtobazarında başlayıb.

Yanğın o qədər güclüdür ki, hadisə yerinə onlarla yanğınsöndürən maşın cəlb olunub. Bundan başqa yanğının söndürülməsinə aviasiyadan dəstək verilir. İki helikopter yanğının söndürülməsində iştirak edir.

Hüquq-mühafizə orqanlarının açıqlamasına görə, bazarın anbar hissəsi yanır. Xəsarət alanlar var. Lakin nə qədər insanın xəsarət aldığı hələlik məlum deyil.