Avstriyada Dünya Karate Federasiyasının (WKF) Premyer Liqa yarışlarından olan "Zalsburq Open" turniri keçirilib. Turnirdə Avropa çempionatının bürünc mükafatçısı Nuranə Əliyeva (50 kq) finalda almaniyalı rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib.
Baş məşqçi Rəhman Hətəmov hazırda diqqətin noyabrın 5-9-da Almaniyanın Bremen şəhərində dünya çempionatına yönəldiyini bildirib. O, əsas heyətin bəzi üzvlərinin istirahətə və zədələrdən bərpa dövrünə ehtiyacı olduğundan Zalsburqdakı bu nəticəni qənaətbəxş hesab edib.
Millimiz oktyabrın 15-dən dünya çempionatına hazırlıq dövrünə başlayacaq.