Uzun müddət idi ki, mitinq ehtirası ilə alışıb-yanan AXCP və "Milli Şura" rəhbərliyi bu ehtiraslarını da söndürə bilmədilər. Çünki budəfəki mitinq də digərləri qədər sönük, başıpozuq, o cümlədən, rüsvüyçı hallarla yadda qaldı. 700-800 nəfərin qatıldığı bu aksiya daha çox piketə bənzəyirdi. Sanki oraya Əli Kərimli ilə Cəmil Həsənlinin qohum-əqrəbası toplaşmışdı. Bir az Muğan zonasından, bir az da Cənub bölgəsindən. Özü də oraya gedənlərin üzlərinə baxdıqda belə, onların da həmin mitinqə zorla gətirildikləri bəlli şəkildə görünürdü.
Danışanda ağızlarına çullu dovşan yerləşməyən Əli Kərimli və Cəmilı Həsənli cütlüyünün reallıqları budur!
Mən hələ azyaşlı uşaqları demirəm...Bir adamdan soruşarlar ki, uşaq-muşağın həmin mitinqə cəlb edilməsi hansı mənanı daşıyır? Məgər "Milli Şura"nın, AXCP-nin sosial bazaları elə bundanmı ibarətdir? Bir kinofilmimizdə deyildiyi kimi - özfəaliyyətiniz elə bundan ibarətdir?
Bax, məsələ də budur ki, danışanda ağızlarına çullu dovşan yerləşməyən Əli Kərimli və Cəmilı Həsənli cütlüyünün reallıqları budur! Onlar bundan ötəyə gedə bilmək iqtidarında deyillər və bundan sonra da olmayacaqlar.
İndi isə keçək digər məsələyə. "Milli Şura"nın mitinqinə radikal islamçılar da qatılmışdılar.
"Milli Şura" ilə İŞİD-in heç bir fərqi-zadı yoxdur!
Görünür bu səbəbdən, mitinqin gedişatında cəbhəçi gənclər İŞİD-in bayrağını qaldırıb, mitinqin pərdəarxası məqamlarını tam çılpaqlığı ilə ortaya qoydular. Demək belə çıxır ki, bu gün İŞİD bayrağını qaldıran AXCP üzvləri sabah kəsilmiş başları da öz mitinqlərində qaldırmağa çalışacaqlar. Çünki onların mühiyyəti terrorçuluqdan heç də fərqlənmir. Bunlara əbəs yerə demirlər ki, radikaldırlar, dağıdıcıdırlar. AXCP ilə "Milli Şura" ilə İŞİD-in heç bir fərqi-zadı yoxdur! Hətta İŞİD-in şefi Əl Bağdadi Əli Kərimliyə və Cəmil Həsənliyə təşəkkür məktubu yollasa belə, bundan təəccüblənməyə dəyməz.
Beləliklə, hər şey aydındır. "Milli Şura" rüsvayçılıq yolunu getməkdə davam edir. Gələn mitinqlərində Muğan və Cənub zonasından yığdıqları qohum-əqrabaları İŞİD-lə yanaşı, Əl Qaidənin, Boka Haram terror təşkilatlarının bayraqlarını qaldıracaqlar. Bunlardan hansı aşağılığı desən, gözləmək olar...