TQDK nəticələri açıqladı

13 Oktyabr 2014 11:14 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) oktyabrın 12-də daxili işlər orqanlarında vakant vəzifələrə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, imtahan saat 11:00-da Bakı Qızlar Universitetinin binasında başlanıb və 3 saat ərzində aparılıb.

İmtahan nəticələri elə həmin gün - oktyabrın 12-də saat 15:30-dan etibarən komissiyanın internet saytında yerləşdirilib. Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılıblar.

Müsabiqədə iştirak etmək üçün 55 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 2 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 53 namizəddən 33 nəfəri müsabiqə şərtini ödəyərək ikinci mərhələyə buraxılıb. Ən yüksək nəticə 87 bal olub.