Bu yol bağlı olacaq

10 Oktyabr 2014 12:00 (UTC+04:00)

Bu gün saat 12:00-dan 18:00-ə kimi Böyükşor şossesində şəhər istiqamətinə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər qoyulacaq. "Azəryolservis" ASC-dən SİA-ya verilən məlumata görə, məhdudiyyət Böyükşor şossesində intellektual sürət istiqamət tablolarından ibarət olan metal konstruksiyanın quraşdırma işləri ilə əlaqədardır.