"Apple" şirkəti oktyabrın 16-da keçiriləcək tədbirdə yeni "iPad" planşetlərini nümayiş etdirəcək. SİA-nın məlumatına görə, "Apple" planşetlərinin satış həcmini artırmağa çalışır. Bu səbəblə də, həm 9,7 düymlük model, həm də "iPad mini"nin yeni versiyası nümayiş etdiriləcək. "Apple"ın rəsmi nümayəndəsi Trudi Müller bu informasiyanı şərh etməkdən imtina edib.
"Apple" üçün "iPad"in satış həcmi hazırda "iPhone"dan çox güclü asılı olan biznesini diversifikasiya etmək üsulu kimi böyük əhəmiyyət daşıyır.
Qeyd edək ki, "Apple" şirkətinin dövriyyəsinin yarısı smartfonların payına düşür. Planşetlərin satış həcmi 32 milyard təşkil edir.