Bakı-Qazax yolunda ağır yol qəzası baş verib

9 Oktyabr 2014 09:39 (UTC+04:00)

Bakı-Qazax yolunun 364-cü kilometrliyində, Göygöl rayonu ərazisində "KAMAZ" markalı yük avtomobili ilə "Mercedes" markalı sərnişin avtobusu toqquşub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, toqquşma nəticəsində avtobusun yanar hissələri yanıb. Yük avtomobili yanğından mühafizə olunub. Yanğın saat 03:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.