Hər il olduğu kimi, bu il də Nobel mükafatı öz sahiblərini tapdı. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Nobel Fizika Mükafatının sahibləri Yaponiyalı alimlər olub. Belə ki, İsamu Akasaki, Xiroşi Amano və Şuji Nakamura mükafata layiq görülüblər. İsamu Akasaki Meijo Universiteti (Yaponiya), Xiroşi Amano Naqoya Universiteti (Yaponiya), Şuji Nakamura isə Kaliforniya Universitetini (ABŞ) təmsil edir. Nobel Komitəsi Akasaki, Amano və Nakamuranın göy LED (işıq yayan diot) kəşf etdikləri üçün Fizika mükafatına layiq görüldüklərini bildirib. Kəşfin parlaq və enerjiyə qənaət edən ağ işıq qaynağına dəstək olduğu bildirilib.