Xəzər rayonunda qaz kəsiləcək əhalinin nəzərinə!

3 Oktyabr 2014 11:06 (UTC+04:00)

Bakının Xəzər rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 17:00-dək Xəzər rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.