“Mən sənə dönürəm” ŞEİR

1 Oktyabr 2014 15:44 (UTC+04:00)

Verdiyin eşq ilə

Yandır məni kül et!

Tüstümü nəfəs eylə,

Külümü gül et!

Dünyandı əlvan geyib,

Cilvəsi məni əyib.

İşıqdan iti, səsdən yeyin,

Sən məni könül et!

Bir işdi düşüb qaldım

Yoldu çaşıb qaldım

Özümlə görüşüb, qaldım

Mən sənə dönürəm qəbul et!

Şaiq Vəli