Oğru "iş başında" yaxalandı

1 Oktyabr 2014 10:43 (UTC+04:00)

Bakıda qadının əl çantasını götürüb qaçmaq istəyən şəxs "iş başında" yaxalanıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sentyabrın 30-u saat 21:30 radələrində Qaraçuxur qəsəbəsi, Şadlinski küçəsində Bakı şəhər sakini Hamil Abuşov qəsəbə sakini Surayə Məmmədovanın əl çantasını götürüb qaçmaq istəyərkən Suraxanı RPİ 32-ci PB-nin əməkdaşları tərəfindən yaxalanıb.