Bükülə bilən telefon iPhone 6 Plus!

30 Sentyabr 2014 07:16 (UTC+04:00)

iPhone 6 Plus-un asanca bükülə bilməsi istifadəçilər arasında "bendgate" adıyla xatırlanmağa başlanıb. Bükülmə testlərinin əyləncə mövzusu olan iPhone 6 Plus üçün bu dəfə də ən "möhkəm" telefon deyilib.

iPhone 6 Plus-un asanca bükülə bilməsi istifadəçilər arasında "bendgate" adıyla xatırlanmağa başlanıb. Lakin gələn fərqli hesabatlar və şərhlər, baş qarışdırmağa davam edir.

Consumer Reports-un indiyə qədərki testlərəl müqayisədə "daha elmi testinə" görə iPhone 6 Plus, dözümlülük mövzusunda heç də pis telefon deyil.

Consumer Reports-un testlərində təzyiq altında şəkil dəyişdirmədən qalan ən möhkəm telefon, Samsungun Galaxy Note 3-ü olsa da, iPhone 6 Plus da yaxşı performans göstərib.