Dağıtdın hayesin xanimanını,
Aldın şəhidlərin intiqamını,
Axıtdın hayesin murdar qanını,
Mübariz doğulub, mübariz oldun.
Bir cəngavər kimi çıxdın meydana,
Hiyləgər düşməni buladın qana.
Sən aman vermədin, murdar heyvana,
Mübariz doğulub, mübariz oldun.
Qoymadın yadlaşsın doğma yurdumuz,
Dedin: "Basılmazdır bizim ordumuz".
Yaşadı tarixdə məğrur adınız,
Mübariz doğulub, mübariz oldun.
Vətən keşiyində duran sən oldun,
Düşməni gözündən vuran sən oldun.
Ey Azəri oğlu, qəhrəman oldun,
Mübariz doğulub, mübariz oldun.
Adınız dillərdə olubdu əzbər,
İndiki körpələr adını sevər.
Sən inam yaratdın, yox oldu kədər,
Mübariz doğulub, mübariz oldun.
Şərəfli iz qoydun Azərbaycanda,
Yatırsan Bakının xiyabanında.
Ruhun da Tanrının haqq dərgahında,
Mübariz doğuldun, mübariz oldun.
Polad Qazançılı