Həmyerlimiz Eldar Əhmədov məşhur "Voice" müsabiqəsinin Rusiyada yayımlanan versiyası "Qolos" səs yarışmasına qatılıb. SİA-nın məlumatına görə, iştirakçı Müslüm Maqomayevin məşhur "Funiculi, Funicula" ("Funikulyor") mahnısını səsləndirib. 16 yaşlı azərbaycanlı ifaçı növbəti mərhələyə keçə bilməsə də, ümumilikdə münsiflər tərəfindən çox bəyənilib.
Qeyd edək ki, "Qolos" səs yarışmasının münsif kürsüsündə Leonid Aqutin, Aleksandr Qradskiy, Pelaqeya və Dima Bilan kimi məşhurlar əyləşib.