Müğənni xəstəxanalıq oldu FOTOLAR

26 Sentyabr 2014 12:40 (UTC+04:00)

Türkiyəli müğənni Haluk Levent avtomobil qəzası keçirib. SİA-nın verdiyi xəbərə görə, ifaçının maşını İzmit-Yalova yolunda avtobusla toqquşub. Avtomobili yolun kənarındakı tarlaya girən Haluk yaralanıb və dərhal xəstəxanaya aparılıb.

Qəza ilə bağlı açıqlama verən Levent hadisənin qəfildən baş verdiyini deyib:"Sürücü qəfildən əyləci basdı, nə olduğunu başa düşmədim. Bircə onu hiss etdim ki, ayağa qalxa bilmirəm".

Sənətçinin həkimi Adnan Demirci müğənninin səhhətində ciddi problem olmadığını və sabah evə buraxılacağını bildirib.