“Bilmir” ŞEİR

26 Sentyabr 2014 11:09 (UTC+04:00)

Uyma bu gərdişə bil ki, adamın,

Bəxti hər zamanda gətirə bilmir.

Nadan üçün hansı dövran gəlsə də

Heç bir şey öyrənib gətirə bilmir.

Dəhşətdi bayquşun qanad çalmağı,

Zirvəni fəryadla seyrə dalmağı.

Kiminsə sonradan peşman olmağı,

Yarımçıq bir işi bitirə bilmir.

Gəzirik ürəkdə min arzu həvəs,

Min əzab çəkdirir bülbülə qəfəs,

Qeyrətdə görsənər, əsli olan kəs,

Zatını, kökünü itirə bilmir.

İlqar, mətləb qanmaz hər gəlib gedən,

Enməyi düşünsün göyə yüksələn.

Boş sözlə hamını susdura bilən,

Zəhmətdə bir dəni yetirə bilmir...

İlqar Dağlaroğlu