2 dələduz tutuldu

26 Sentyabr 2014 11:02 (UTC+04:00)

Bakıda dələduzluq maddəsi ilə axtarışda olan iki nəfər həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Seyfəddin Dadaşov və Elnarə Həsənova saxlanılıblar.