Bir çox azəri tamaşaçısının sevgisini qazanan rusiyalı müğənni Dima Bilan Bakıya gəlib. SİA-nın verdiyi xəbərə görə, ifaçı Heydər Əliyev Sarayında konsert verib. D.Bilan səhnəni "Eurovision" təmsilçimiz Nigar Camalla paylaşıb. Sənətçilər sevilən mahnılarını səsləndiriblər. Bilan və Nigar "Obnimi menya" ("Məni qucaqla") adlı duetlərini oxuyublar.
Qeyd edək ki, konsert maraqlı anlarla yadda qalıb.