"Bilmədi" ŞEİR

25 Sentyabr 2014 14:34 (UTC+04:00)

Tək dedilər - təklədilər,

Qanına yeriklədilər.

Sonra da dərdini alıb

Dağa-daşa yüklədilər,

Çəkə bilmədi-bilmədi.

Əsim-əsimcə əsdilər,

Öldürməyə tələsdilər,

Günün günorta çağında

Ağacı elə kəsdilər,

Kölgə bilmədi-bilmədi.

Eldar Baxış