Sami Yusif “Sarı gəlin”i oxudu

24 Sentyabr 2014 13:14 (UTC+04:00)

Azərbaycan əsilli britaniyalı müğənni Sami Yusif "The centre"("Mərkəz") adlı yeni albomunda Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i oxuyub. SİA-nın verdiyi xəbərə görə, mahnını İngilis və Azərbaycan dillərində səsləndirən ifaçı ona klip də çəkdirib.

Qeyd edək ki, əslən Cənubi Azərbaycandan olan Sami Yusif 3 yaşından Londonda yaşayır.