Voleybol üzrə qadınlardan ibarət milli komandamız İtaliyada təşkil olunan dünya çempionatında ilk görüşünü qələbə ilə başa vurub. SİA-nın məlumatına görə, "D" qrupunda mübarizə aparan komandamız Yaponiya millisinə 3:2 hesabı ilə qalib gəlib.
Milli komandamızın növbəti görüşü Çin qadın voleybolçuları ilə bu gün Bakı vaxtı ilə saat 13:30-da olacaq.
Qeyd edək ki, yığmamız Yaponiya, Çin, Porte Rika, Belçika, Kuba komandaları ilə bir qrupda yarışır. Qrup mərhələsində birinci dörd komanda növbəti mərhələyə yüksələcək.